Azərbaycan Respublikası Dövlət Neft Fondunun2021-ci il üçün təsdiq edilmiş investisiya siyasətinə əsasən İnvestisiya portfelinin valyuta tərkibi müəyyən edilmiş, valyuta siyasətinə əsasən aktivlərin 65%-i ABŞ dollarında, 20%-i avroda, 5%-i İngilis funt sterlinqi, 10%-i isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilməsi nəzərdə tutulub.
Banker.az bu barədə Hesablama Palatasının Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəyinə istinad edir.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqi büdcənin gəlir və xərcindən ayrı qeyd edilir ki, hesabat ilində Fondun büdcədənkənar xərcləri 2 mlrd. 119.3 mln. manat və ya 1 mlrd. 246.6 mln. ABŞ dolları təşkil etmişdir. Xərcin 1 mlrd. 646,6 mln. manatı valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq, 472.7 mln. manatı isə qızıl üzrə olmuşdur.
Palata deyir ki, Fondun son illərin büdcədənkənar əməliyyatları üzrə volatillik müşahidə edilmişdir.
Belə ki, qızılın qiymət dəyişilməsindən fərq müsbət olsada, valyuta məzənnələrinin dəyişməsindən son 4 ildə ümumilikdə 2 mln. 266.2 mln. manata yaxın büdcədənkənar xərc olmuşdur.
Ümumi halda qeyd etmək olar ki, Fondun investisiya siyasətində vəsaitin idarəedilməsi ilə bağlı bir sıra konkret tələblər müəyyən edilir ki, bunlardan biri də valyuta ilə bağlı tələblərdir.
“Müşahidə və təhlillər nəticəsində Fond tərəfindən investisiya siyasətinin tələbləri ilə bağlı bazar dəyişikliyinə qarşı vaxtında reaksiya verilməsinin məhdudlaşması nəticədə valyuta məzənnələrinin dəyişməsi ilə bağlı büdcədənkənar xərclərin artmasına şərait yaratmışdır”- deyə Palata qeyd edir.