11 C
Baku
Wednesday, December 11, 2024

Palata “Atabank” və “CDB”nin birləşmə tarixindən danışdı

“Atabank” və “Caspian Development Bank” ASC-lərin birləşməsi ideyası bu ilin əvvəlindən mövcud olub və bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edilib.

Bunu bankların birləşməsi ilə bağlı bu gün keçirilən mətbuat konfrasında Palatanın İdarə Heyətinin (İH) üzvü İmran Məmmədov deyib.

Onun sözlərinə görə, son 2-3 ay ərzində bu prosesin bankların maliyyə dayanıqlığına potensial təsiri və nəticələri, bütövlükdə bank sektoruna olan effekti təhlil edilib.

Bu prosesin hər iki bank üçün sinerji effekti verəcəyi və uğurlu nəticələr yaradacağını qeyd edən İ.Məmmədov daha güclü və dayanıqlı bir bankın formalaşacağını vurğulayıb. O, təmsil etdiyi qurumun bank nəzarəti orqanı olaraq bu prosesdə yaxından iştirak edəcəyini və müştərilərin məmnunluğunun qorunmasının əsas prioritetlərdən olacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər