Yaxın vaxtda Azərbaycan bankları investisiya xidməti göstərəcək.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Bazarlarına İnfrastruktur Nəzarət İdarəsinin rəhbəri Ruslan Babayev “Azərbaycan kapital bazarları: Gələcəyə baxış” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı müəyyən təkliflər paketi hazırlanıb. “Gələcəkdə bankların investisiya xidməti göstərməsi ilə əlaqədar qanunvericiliyə müəyyən düzəlişlərin edilməsi nəzərdə tutulur. Qanunvericilikdə əsasən bankların investisiya xidməti göstərməsi üçün lisenziyalaşdırma məsələsi, hansı xidmətlərin göstərilməsinə razılıq edilməsi məsələsi öz əksini tapacaq. Çünki dünya təcrübəsində bütün investisiya xidmətlərinin banklar tərəfindən həyata keçirilməsinə icazə verilmir”, – deyə o bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı 2018-ci ilin I və II rübündə qərar verilməsi gözlənilir.