8 C
Baku
Friday, December 13, 2024

Palata: Azərbaycan sığorta bazarında yeni məhsulların yardılmasına ehtiyac var

Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi istiqamətində iş aparılır və bu sahədə sığorta ombudsmanının yardılması məqsədəuyğundur.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Strateji xidmətlər Departamentinin müdiri Asim Zülfüqarov Bakıda keçirilən beynəlxalq sığorta forumunda milli sığorta bazarının yeni reallıqlarından danışarkən deyib.

“Sığorta sistemi üçün likvidlik riski xarakterikdir. Maliyyə Bazarlarına Nəzarət Palatası makroprudensial idarəetmə üzərində strategiyasını qurmağa çalışır. Beynəlxalq standartlara keçmək üzərində işlərimizi formalaşdırmışıq. Biz həm sığorta, həm bank bazarında bu işlərə eyni vaxtda başlamalıyıq”, – deyə Palata rəsmisi qeyd edib.

“Digər iş sığorta əlçatanlılığı, sığorta inklüzivliyinin artırılmasıdır. Bunun üçün sığorta bazarında yeni məhsulların yardılmasına ehtiyac var. Kənd təsərrüfatının stimullaşdırılması əsas strateji hədəflərdən hesab edilir. Yerli sığorta bazarı iştirakçılarının regional səviyyəyə keçməsi arzuolunandır”, – deyə departament müdiri əlavə edib.

Son xəbərlər
Digər xəbərlər