12 C
Baku
Wednesday, April 24, 2024

Palata Azərbaycana “Hell”i gətirən şirkəti 129 min manat cərimələdi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Coast Castle” MMC-ni 129 024 manat cərimələyib.

Banker.az-ın məlumatına əsasən, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.

Adıçəkilən məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsinin 7 iyun 2019-cu il tarixli qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Xatırlatma

“Coast Castle” MMC-ni Macarıstanda istehsal olunan “Hell” energrtik içkisinin Azərbaycanda distributorudur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər