14 C
Baku
Saturday, April 27, 2024

Palata: Azərbaycanda 5 şirkət İPO-ya hazırlaşır

Maliyyə Bazarlarına Nəzarət Palatasın baş icraçı direktoru İbrahim Alışov bildirib ki, 2017-ci ilin sonuna Azərbaycanın qiymətli kağızlar bazarında 7 investisiya şirkəti, 2 investisiya fondunun idarəçisi, 1 fond birjası, 1 mərkəzi depozitar və klirinq təşkilatı fəaliyyət göstərib.

Ötən il Palata investisiya şirkəti fəaliyyətinə 1 lisenziya verib. 2016-cı illə müqayisədə qiymətli kağızlar bazarı 12% artaraq 15,7 milyard manat təşkil etmişdir.

İcraçı direktor bildirib ki, 2017-ci ildə qiymətli kağızlar bazarında emitentlərin fond birjasında listinqə çıxış imkanlarının asanlaşdırılması üzrə kompleks tədbirlərin, eləcə də xarici investorların yerli qiymətli kağızlar bazarına çıxış imkanlarının artırılması üzrə layihənin icrasına başlanılmışdır.

Bu istiqamətdə beynəlxalq depozitarlarla əlaqələrin qurulması üzrə “Clearstream” və “Euroclear” təşkilatları ilə danışıqlar aparılır. Həmçinin “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq 5 şirkətin ilkin kütləvi təklifinin (İPO) həyata keçirilməsi üzrə işlər davam etdirilməkdədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər