10 C
Baku
Thursday, December 12, 2024

Palata: Azərbaycanda bank-kredit faizlərinin azaldılması ilə bağlı danışıqlar aparılır

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların kredit faizlərinin azaldılması ilə bağlı danışıqlar aparır.

Bunu “Fich” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında Palatanın nümayəndəsi Aytən Məmmədova deyib.

A.Məmmədova bildirib ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.

“Bilirsiniz ki, palatanın əsas funksiyalarından biri də istehlakçıların hüquqlarının qorunmasıdır. Bu baxımdan yüksək faizli kreditlər müştərilərə əlavə yük yaradır. Biz də istəyirik ki, bir çox şərtləri nəzərə almaqla bu faizlər azalsın. Təbii ki, faizləri müəyyən etmək bankların öz səlahiyyətindədir. Əgər hər hansı dəyişiklik olmasını istəyiriksə, öncə banklar və bank olmayan kredit təşkilatları haqqında müvafiq qanunlar dəyişməlidir. “Ona görə də hazırda bu məsələ müzakirə mərhələsindədir”, – A.Məmmədova əlavə edib.

Report

Son xəbərlər
Digər xəbərlər