2 C
Baku
Saturday, December 14, 2024

Palata: Azərbaycanın sığorta bazarı 15,1% böyüyüb – CƏDVƏL

Cari ilin 9 ayı  ərzində ölkənin 25 sığortaçısı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 milyon manat və ya  15,1% çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 167 milyon manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətdə 31% çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə də müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 9 ayı ərzində  könüllü sığorta növləri üzrə haqlar 18,7%, ödənişlər isə 32,2% artaraq, müvafiq olaraq 250,8 və 125,4 milyon manat təşkil etmişdir. İcbari sığorta növləri üzrə haqlar 9%, ödənişlər isə 27,7% artaraq müvafiq olaraq 140 və 41,5 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində toplanmış sığorta haqlarının 29,7%-i və ya 116 milyon manatı həyat sığortasının payına düşüb. Belə ki, könüllü sığorta növü üzrə həyat sığortası bazarında yığım 42,4%, ödəniş isə 1,9 dəfə artmışdır. Həyat sığortasındakı yığımların 52,7% və ya 61 milyon manatı həyatın yaşam sığortasının, 24%-i və ya 27,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 23,1%-i və ya 26,9 milyon manatı həyatın ölüm halından sığortasının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası 1,2 dəfə, həyatın ölüm halından sığortası 2,7 dəfə artmışdır.

Könüllü sığorta növü üzrə qeyri-həyat sığortası bazarında yığım 8,9%, ödənişlərin həcmi isə 1% artmışdır. İcbari sığorta növü üzrə bu göstəricilər müvafiq olaraq 10,8% və 26,1% artmışdır. Əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta, dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, həmçinin peşə məsuliyyətinin sığortası növləri üzrə yığımlar olsa da, sığorta hadisəsi baş verməmiş və sığorta ödənişləri edilməmişdir.

Cari ilin 9 ayı  ərzində ümumi ödənişin 75,1% könüllü sığorta növlərinin, 24,9% isə icbari sığorta növlərinin payına düşüb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü üzrə 37,6 manat təşkil etmişdir.

Sığorta şirkətləri və sığorta sinifləri üzrə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı məlumatlar aşağıdakı cədvəllərdə öz əksini tapmışdır.

2016-cı ilin yanvar-sentyabr ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T                                                                                                                                                     (təcili məlumatlar əsasında)
(manatla)
Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 3,110,211.73 6,073,548.89
2 “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 17,276,469.97 6,760,766.66
3 “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1,021,137.83 811,624.45
4 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 7,798,279.63 2,536,445.28
5 “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 27,896,805.77 20,430,970.47
6 “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 30,246,368.94 11,420,433.46
7 “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 16,280,443.99 5,741,725.13
8 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 36,614,546.00 12,532,450.00
9 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 5,175,819.44 2,352,454.93
10 “Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 238,040.31 987.79
11 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 794,615.45 560,307.82
12 “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 500,118.63 128,790.50
13 “Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 3,900,279.36 2,731,284.48
14 “Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti 593,950.50 1,198,234.79
15 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2,307,758.95 72,411.72
16 “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti 18,631,454.81 2,103,272.19
17 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 61,803,055.78 25,596,742.35
18 “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti 81,220,484.88 33,159,900.05
19 “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 26,373,765.00 19,001,140.00
20 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 828,148.83 603,068.78
21 “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 17,423,862.96 6,330,840.07
22 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 8,254,936.15 4,478,071.72
23 “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti 3,730,685.00 0.00
24 “İPƏK YOLU SIĞORTA” ASC 18,266,210.26 2,219,694.95
25 “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 49,560.99 126,749.74
YEKUN 390,337,011.16 166,971,916.22

 

 

2016-cı ilin yanvar-sentyabr ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T
(təcili məlumatlar əsasında)

(manatla)
Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
könüllü sığortalar üzrə – cəmi : 250,786,525.64 125,423,674.50
 o cümlədən:    
Həyat sığortası üzrə 88,223,702.40 62,198,263.11
 o cümlədən:    
həyatın ölüm halından sığortası 26,860,471.54 2,111,724.76
həyatın yaşam sığortası 61,145,005.57 60,086,538.35
annuitet sığortası 0.00 0.00
əmək qabiliyyətinin sığortası 189,168.69 0.00
sağalmaz xəstəliklərdən sığorta 29,056.60 0.00
Qeyri-həyat sığortası üzrə 162,562,823.24 63,225,411.39
 o cümlədən:    
Şəxsi sığorta 69,614,495.08 46,021,036.19
 o cümlədən:    
fərdi qəza və xəstəlik sığortası 3,328,884.47 707,475.91
tibbi sığorta 64,021,617.82 44,921,414.41
xaricə səfər edən vətəndaşların sığortası 2,263,992.79 392,145.87
Əmlak sığortası 92,948,328.16 17,204,375.20
 o cümlədən:    
əmlakın sığortası 72,804,727.58 16,788,368.74
 o cümlədən:    
əmlakın yanğından və digər risklərdən sığortası 32,095,241.73 2,641,400.10
avtonəqliyyat vasitələrinin sığortası 17,463,725.47 11,108,004.99
dəmiryol nəqliyyatı vasitələrinin sığortası 316,133.25 0.00
hava nəqliyyatı vasitələrinin sığortası 11,948,844.21 2,247,835.98
su nəqliyyat vasitələrinin sığortası 5,874,329.50 18,000.00
yüklərin (nəqliyyat) sığortası 2,628,348.37 188,854.98
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 416,297.53 481.00
kənd təsərrüfatı heyvanlarının sığortası 1,219,828.80 583,791.69
əmlakın sığortası ilə bağlı digər siniflər 841,978.72 0.00
o cümlədən :    
işçilərin dələduzluğu sığortası 800,115.72 0.00
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta 41,863.00 0.00
titul sığortası 0.00 0.00
mülki məsuliyyətin sığortası 20,138,248.44 375,859.53
 o cümlədən:    
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 1,354,412.36 105,018.34
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 0.00 0.00
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 4,272,864.22 0.00
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 398,529.78 0.00
yük daşıyanın mülki məsuliyyətinin sığortası 23,786.32 11,871.27
mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası 303,273.56 0.00
peşə məsuliyyətinin sığortası 1,591,727.22 0.00
işəgötürənin məsuliyyət sığortası 1,085,699.92 10,416.34
ümumi mülki məsuliyyətin sığortası 11,107,955.06 248,553.58
hüquqi xərclərin sığortası 0.00 0.00
kredit sığortası 3,792.14 40,146.93
 o cümlədən:    
kreditlərin sığortası 3,792.14 40,146.93
ipoteka sığortası 0.00 0.00
qarışıq maliyyə risklərinin sığortası 1,560.00 0.00
 o cümlədən:    
əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta 0.00 0.00
işin dayanması ilə bağlı risklərdən sığorta 1,560.00 0.00
İcbari sığortalar üzrə -cəmi 139,550,485.52 41,548,241.72
 o cümlədən:    
Həyat sığortası üzrə 27,849,924.15 2,830,589.71
 o cümlədən:    
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 27,849,924.15 2,830,589.71
Qeyri-həyat sığortası üzrə 111,700,561.37 38,717,652.01
 o cümlədən:    
nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 0.00 0.00
sərnişinlərin icbari sığortası 0.00 0.00
icbari ekoloji sığorta 0.00 0.00
yanğından icbari sığorta 0.00 0.00
MM deputatların icbari şəxsi sığortası 120,289.00 0.00
tibbi personalın AİDS-dən sığortası 0.00 0.00
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası 16,506,077.00 7,692,085.00
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası 11,068,628.00 748,049.00
dövlət qulluqçuların icbari sığortası 0.00 0.00
diplomatik nümayəndələrin icbari sığortası 0.00 0.00
auditorların peşə məsuliyyətinin icbari sığortası 6,795.00 0.00
daşınmaz əmlakın icbari sığortası 19,878,774.81 1,423,920.77
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 232,450.00 49,161.48
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 63,810,848.56 28,804,435.76
sərnişinlərin icbari fərdi qəza sığortası 76,699.00 0.00
YEKUN 390,337,011.16 166,971,916.22
Son xəbərlər
Digər xəbərlər