Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) açıq səhmdar cəmiyyətinə çevrilə bilər.
Dövlət sığorta şirkətinin ASC-yə çevrilməsi ilə bağlı layihə hazırlanıb. Layihəyə əsasən, sığorta şirkətində dövlətin payının 50%-dən çox olmaqla qalan hissəsinin satılacağı gözlənilir. Bununla bağlı şirkətin strukturu tamamilə dəyişəcək. Sığorta Şirkətinin ASC-yə çevrilməsi isə 2018-ci ildə baş tuta bilər.
Məlumata görə, artıq bununla bağlı Palata şirkətdə yoxlamalara başlayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası(MBNP) yerli maliyyə portalı Fins.az-ın sorğusuna əsasən məsələyə aydınlıq gətirib. MBNP bildirilib ki, Dövlət Sığorta Kommersiya Şirkətinin 2018-ci ildə ASC-yə çevrilməsi və payının hər hansı bir hissəsinin satılacağı barədə MBNP-na müraciət daxil olmayıb.
“Azərsığorta”da aparılan yoxlamalara gəlincə, bildirilib ki, şirkətdə aparılan yoxlama Palatanın cari fəaliyyətinin tərkib hissəsi olaraq həyata keçirilir.