Palata “Azsığorta”nı cərimələyə bilər

0
AzSığorta Şirkəti

Azərbaycan sığorta bazarının iştirakçısı “Azsığorta” ASC Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimələnə bilər.

Banker.az-ın xəbərinə görə, buna görə, 25 oktyabr 2019 cu il tarixdə Yasamal Rayonu Məhkəməsində verilən qərara əsasən “Azsığorta” İnzibati xətalar məcəlləsinin 430.4-cü maddəsi ilə- 90 manat cərimə edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumata əsasən “Azsığorta” qərardan narazı qalaraq bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib – şikayətə bu gün baxılacaq.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarılır.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb və 20,3 mln. manat səhm kapitalına sahibdir.