26 C
Baku
Saturday, July 27, 2024

Palata bank sektorundakı son vəziyyəti açıqladı – İcmal göstəricilər

31 dekabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 502.4 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 430.6 milyon manat təşkil edib.

Banker.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən məlumatına görə, sektorun balans kapitalı 4, milyard 71.8 milyon manat olub.

2018-ci ilin dekabr ayı ərzində bank sektorunun aktivləri 1.1% (324.8 milyon manat), öhdəlikləri 0.6% (149.2 milyon manat), balans kapitalı isə 4.1% (175.6 milyon manat) azalıb.

Dekabr ayında bankların kredit portfeli 3.7% (456.2 milyon manat) artaraq 12 milyard 628.3 milyon manat təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunun kredit portfeli 11.4% (1 milyard 290.7 milyon manat) artıb.

Dekabr ayında fiziki şəxslərin əmanətləri 3.5% (279.8 milyon manat) artaraq 8 milyard 269.7 milyon manat təşkil edib. 2018-ci il ərzində isə fiziki şəxslərin əmanətlərində 9.6% (727.2 milyon manat) artım olub.

2018-ci ili bank sektoru mənfəətlə başa vurub. Banklar 694.6 milyon manat əməliyyat mənfəəti, 279.4 milyon manat məbləğində xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2,502 olub. Bank sektorunun işçi heyətinin artım trendi dekabr ayında da davam edib. Belə ki, dekabrda işçi sayı  0.5% (94 nəfər) artaraq 17 415 nəfər təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunda çalışanların sayı 7.7% (1 244 nəfər) artıb.

31 dekabr 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmalgöstəricilərində öz əksini tapmışdır .

Son xəbərlər
Digər xəbərlər