3 C
Baku
Monday, February 26, 2024

Palata: Bank sektorunun mənfəəti 600 mln. manata çatıb

2017-ci il dekabrın 1-nə bank sektorunun xalis mənfəəti 592,7 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən, noyabrda bankların faiz gəlirləri 1 mlrd. 731,8 mln. manat, faiz xərcləri isə 796,1 mln. manat olub. Qeyd edək ki, banklar noyabrda kreditlər üzrə faizlərdən 1 mlrd. 279,5 mln. manat əldə edib.

Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 316,8 mln. manat vəsait ayrılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər