10 C
Baku
Thursday, December 4, 2025

Palata bankları qiymətli kağızlar bazarında fəal iştiraka çağırıb

Cari ilin 27 noyabr tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə görüş təşkil edildi. Bu barədə Banker.az-a MBNP-dan bildirilir.

Görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətlərini həyata keçirməsi, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirildi. Qeyd olundu ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparıldı, fikirlər dinlənildi. Qərara alındı ki, təqdim edilmiş mövzular üzrə işlər davam etdirilsin.

Son xəbərlər
Digər xəbərlər