Azərbaycan Respublikasının Auditorlar Palatası 5 audit şirkətinə lisenziya təqdim edib, birininin lisenziyasını geri çağırıb.
Banker.az-ın Palatadan əldə etdiyi məlumata görə, lisenziya təqdim edilən audit şirkətləri bunlardır:
“Az Ekspert Audit” MMC
Direktor: Məmmədzadə Nicat Tahir oğlu
Bakı şəh., Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 9V, mənzil 12 Lisenziya təqdim edilib: 04. 08. 22-dən 04. 08. 27-dək
“My Expert Audit” MMC
Direktor: Rəşidli Fərid Səyid oğlu
Sumqayıt şəhəri, 2 MKR, ev 25/20, mənzil 51
Lisenziya təqdim edilib: 04. 08. 22-dən 04. 08. 27-dək
“Premier Audit Konsaltinq” MMC
Direktor: Ağayev Rahim Fazil oğlu
AZ1043, Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 191
Lisenziya təqdim edilib: 08. 10. 12-dən 23. 01. 23-dək
“Samadov Hüquq və Audit” MMC
Direktor: Səmədov Ruzi Emin oğlu
Bakı şəhəri, C. Cabbarlı küçəsi 44, Caspian Plaza
Lisenziya təqdim edilib: 11. 08. 22-dən 11. 08. 27-dək
“TİMP” MMC
Direktor: Məhərrəmov Orxan Akif oğlu
Abşeron r-nu, Xırdalan şəh., H. Əliyev pr., 30-cu məh., ev 17
Lisenziya təqdim edilib: 04. 08. 22-dən 04. 08. 27-dək.
Lisenziyası ləğv edilən şirkət isə “Azəri – Audit” Audit Firmasıdır. Onun lisenziyası 12 iyun 2019-cu il tarixində təqdim edilmişdi və lisenziya 12 iyun 2024-cü ildə tamamlanmalı idi.
Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır.
Ölkə ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin ”Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa uyğunluğuna nəzarət edir.