7 C
Baku
Thursday, December 12, 2024

Palata bildirir ki, işimiz bank bağlamaq deyil

“Əgər hər hansı bankın kapitalı kifayət qədər deyilsə, bu dövlətə əlavə yükdür.”

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorunun müavini, qurumun Strateji Xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov deyib.

“Bir qədər əvvəl bağlanmış “Dəmirbank” ASC-nin kapital artımı ilə bağlı səyləri kifayət qədər deyildi, ona görə də Palata Bankın bağlanmasına qərar verdi. Amma tənzimləyici qurumun işi bank bağlamaq deyil. Biz daha çox bank sektoruna kapital cəlb edilməsi üçün işlər görürük. Təkcə ötən il sektora 900 mln. manata yaxın kapital cəlb olunub. Ana hədəfimiz bankların sağlamlaşdırılmasıdır”, – o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər