Azərbaycan Respublikası Auditorlar Palatası yeni lisenziya verilməsi və mövcud lisenziyanın ləğvi ilə bağlı qərar qəbul edib.
Banker.az bunu Palataya istinadən xəbər verir.
Belə ki, “ACCOUNT IN” MMC-yə 18 sentyabr 2025-ci ildən 18 sentyabr 2030-cu ilədək qüvvədə olacaq audit fəaliyyətinə lisenziya verilib. Şirkətin direktoru Ələkbərov İsmayıl Sərvər oğludur.
Eyni zamanda, “Vaqifoğlu audit” MMC-nin 11 sentyabr 2023-cü ildən qüvvədə olan lisenziyası ləğv edilib. Şirkətin direktoru Quliyev Elçin Vaqif oğludur.