11 C
Baku
Monday, November 25, 2024

Palata bir audit şirkətinin lisenziyasını ləğv edib, birinə isə lisenziya verdi

Azərbaycanda daha bir audit şirkətinə verilən lisenziya ləğv edilib, digərinə yeni lisenziya təqdim edilib.

Banker.az xəbər verir ki, Auditorlar Palatasının qərarı ilə “ADA AUDIT” MMC-yə vtəqdim edilmiş lisenziya vaxtından əvvəl ləğv edilib.

Şirkət 2019-cu ildə lisenziya əldə etmişdi və direktoru Niftiyev Elçin Zülfüqar oğlu idi.

Şirkətin lisenziyası 2029-dək təqdim edilmişdi.

Digər qərara əsasən “ŞƏFƏQ AUDİT KONSALTİNQ” MMC-yə lisenziya təqdim edilib. Audit şirkətinin direktoru Abbasov Elnur Şirvan oğludur. Ona verilən lisenziyanın müddəti 5 ildir.

Son xəbərlər
Digər xəbərlər