Palata bu şəxsin sığorta şirkətində rəhbər olması üçün attestasiya keçirəcək

0
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər (siyahı əlavə olunur) attestasiyaya dəvət olunurlar.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumatda o da qeyd edilir ki, Zeynalov Namiq İbrahim oğlu da MBNP-na rəhbər vəzifəsini tutmaq üçün attestasiyaya dəvət olunub. Lakin, bunun hansı Sığorta Şirkəti tərəfindən müraciət olunduğu məlum deyil.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

SİYAHI