24 C
Baku
Friday, September 27, 2024

Palata “Capital Motors”u da cərimələdi

Azərbaycanda ağır tonnajlı avtomobillərin satışını həyata keçirən “Capital Motors” Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimələnib.

Banker.az-ın xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Nizami Rayon Məhkəməsinin qərarından QSC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

“Capital Motors” MMC şirkəti 2011-ci ildən Azərbaycan respublikasında fəaliyyətə başlayaraq qısa müddətdə ölkəmizin ağır texnika ilə məşğul olan şirkətdir. 

Şirkətin məlumatdında qeyd edilir ki, onların müştəriləri arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azəriqaz İB, Azərsu ASC və digər çoxlu sayda yerli özəl və dövlət müəssisələridir.

 

Son xəbərlər
Digər xəbərlər