21 C
Baku
Wednesday, June 18, 2025

Palata daha bir audit şirkətinə lisenziya verib

Azərbaycan Respublikası Auditorlar Palatası daha bir audit şirkətinə lisenziya verib.

Banker.az xəbər verir ki, bu, “RNN Partners Co” MMC-dir.

Şirkətə təqdim edilən 1 AT/345 nömrəli lisenziya beş il müddətinə təqdim edilib.

Qeyd edək ki, “RNN Partners Co” MMC 2024-cü ildə təsis edilib və 100 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Cəfərov Cavid Qafar oğludur.

Son xəbərlər
Digər xəbərlər