Azərbaycan Respublikası Auditorlar Palatası iki audit şirkətinə lisenziya təqdim edib.
Banker.az xəbər verir ki, bunlar “NR PROAUDİT” MMC və “SFA ORGANİZATİON GROUP” MMC-dir.
“NR PROAUDİT” MMC (VÖEN: 1605662201) 2024-cü ilin 27 dekabrında qeydiyyata alınıb. 100 manat nizamnamə kapitalı olan audit şirkətinin direktoru Rəhimov Nicat Nazim oğludur. Audir şirkətinə lisenziya dörd il müddətinə, yəni 2029-cu ilədək təqdim edilib.
“SFA ORGANİZATİON GROUP” MMC (1306314121) 2019-cu ildə təsis edilib. Direktor İsmayılova Mətanət Zahid qızıdır və 100 manat nizamnamə kapitalı var. Şirkətə lisenziya 2030-cu ilədək təqdim edilib.