16 C
Baku
Friday, April 26, 2024

Palata Daşınar əmlakın yüklülüyünün dövlət reyestrin xidməti ile bağli muqavilə imzalayib

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən 15 mart 2018-ci il tarixində istifadəyə verilmiş Daşınar əmlakın yüklülüyünün dövlət reyestrin (Reyestr) xidmətlərinin əhali üçün daha əlçatan olması məqsədilə Palata və “İnnovasiyalar Mərkəzi” MMC arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Bakı şəhərində fəaliyyət göstərən 1 və 4 saylı “ASAN xidmət” mərkəzlərində Reyestrdən çıxarışların təqdim olunması üzrə ödənişli xidmətin göstərilməsi nəzərdə tutulub. Qeyd edək ki, Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təmin etmək və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Bu günə qədər https://mpcr.fimsa.az/  internet səhifəsində fəaliyyət göstərən Reyestrdə qeydiyyatdan keçənlərin sayı 600 nəfərə yaxın, bildirişlərin sayı isə 15,000-dən çoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər