7 C
Baku
Sunday, December 15, 2024

Palata, Dövlət Neft Fondunun büdcə kəsirinin 2.2 mlrd. manat olacağını proqnoz edir

Azərbaycan Respublikası Dövlət Neft Fondunu 2022-ci ildə 2 milyard 200 milyon manat büdcə kəsiri olacaq.

Banker.az xəbər verir ki, bu barədə ARDNF-in büdcəsinə dair Hesablama Palatasının rəyində deyilir.

ARDNF-in gəlirlərinin əsas mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin cari ilə nisbətən 1.5 milyon barel az nəzərdə tutulması və xam neftin satış qiymətinin 50 ABŞ dolları həcmində müəyyənləşməsi, eyni zamanda hasil olunan qazın satış qiymətinin artması, Fondun gəlirlərinin 10 milyard 589.7 milyon manat proqnozlaşmasına baxmayaraq, xərclərinin isə cari ilə nisbətən artımla 12 milyard 789.7 milyon manat həcmində nəzərdə tutulması nəticə etibarı ilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərməklə yanaşı cari ildə olduğu kimi növbəti ildə də Fondun büdcəsinin kəsirlə formalaşmasının proqnozlaşmasına şərait yaratmışdır.

Palata deyir:

2022-ci il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac
qiyməti növbəti il üçün 50.0 ABŞ dolları, Azərbaycan manatının ABŞ dollarına qarşı orta
illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyəsində götürülmüşdür. Bu göstəricilərə uyğun olaraq Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi
6 229.2 milyon ABŞ dolları və yaxud 10 589 701.9 min manat olması proqnozlaşdırılır
ki, bu da manat ifadəsi ilə 2021-ci ilin gözlənilən icra göstəricisindən 2 299.1 mln. manat
və ya 17.8% azdır (Cədvəl 2).

21

 

Son xəbərlər
Digər xəbərlər