7 C
Baku
Sunday, December 15, 2024

Palata “Finans Lizinq”in istiqrazlarını qeydiyyata aldı

06 fevral 2017-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən “Finans Lizinq” ASC-nin hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1,227 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2025006571 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İstiqrazların tədavül müddəti 1080 gün, gəlirlik dərəcəsi isə 9%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Palata tərəfindən 06 fevral tarixində sözügedən ASC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 68 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2024006572 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Bu istiqrazların tədavül müddəti 1080 gün, istiqrazlar üzrə gəlirlik isə 14% təşkil edir.

06 fevral tarixində “Finans Lizinq” ASC-nin həmçinin hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2023006573 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Qapalı yerləşdirmə üsulu ilə yerləşdirəcək istiqrazlar üzrə gəlirlik 14%, tədavül müddəti isə 1080 gündür.

Son xəbərlər
Digər xəbərlər