3 C
Baku
Saturday, December 14, 2024

Palata “Finex Kredit BOKT”un istiqrazlarını qeydiyyata alıb

20 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Finex Kredit BOKT” ASC-nin hər birinin nominal dəyəri 500 (beş yüz) manat olan 200 (iki yüz) ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2007019246 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

İstiqrazların tədavül müddəti 576 gün, illik gəlirlik dərəcəsi isə 17%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Son xəbərlər
Digər xəbərlər