24 C
Baku
Çərşənbə, May 18, 2022

Palata: Fondun baş məsləhətçisinin əməkhaqqısı 880-dən 1 255 manata yüksəlib

Banker.az xəbər verir ki, Hesablama Palatası Prezident yanında Elmin İnkişafı Fondunun gəlir və xərclərinin icrası üzrə apardığı uyğunluq auditinin nəticələrinə dair auditor hesabatını açıqlayıb.

Palata qeyd edir ki, Fondun Nizamnaməsinə əsasən, Fondun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları Nazirlər Kabineti tərəfindən təsdiq edilir və müvafiq Fərmanla ştat sayı 10 nəfər olmaqla təsdiqlənmisdir. Auditin əhatə etdiyi dövrdə Nazirlər Kabinetinin təsdiq etdiyi Qərarla nəzərdə tutulmuş ştat vahidləri ilə yanaşı, inzibati vəzifələrə uyğun statusla (eyni adlı vəzifələr üzrə) işə götürülmüş 12 ştat vahidi də fəaliyyət göstərmişdir.

Eyni vəzifə üzrə ştatda olan əməkdaşların əməkhaqları ilə müqayisədə ştatdankənar işçilərin əməkhaqları nisbətən aşağı olmuşdur. Belə ki, 01.09.2019-cu il tarixində əməkhaqqı səviyyələrində dəyişiklik də nəzərə alınmaqla, ştatdankənar işçilərin əməkhaqları ştatda olan işçilərin əməkhaqlarından 18,0%-20,0% aşağı olmuşdur.

Ştatda olan və ştatdankənar işçilərin əməkhaqları, manatla

 

Vəzifələr üzrə

01/09/2019-сu il tarixənədək 01/09/2019-сu il tarixdən sonra
Ştatda olan işçilərin aylıq əməkhaqları Ştatdankənar işçilərin aylıq əməkhaqları Ştatda olan işçilərin aylıq əməkhaqları Ştatdankənar işçilərin aylıq əməkhaqları
Baş məsləhətçi 880,0 714,0 1255,0 1000,0
Aparıcı məsləhətçi 737,0 600,0 1030,0 840,0
Məsləhətçi 666,0 535,0 930,0 750,0

 

Beləliklə də, auditin əhatə etdiyi dövrdə Fondun təsdiq edilmiş ştat cədvəlində baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi vəzifələrinə uyğun 7 işçi fəaliyyət göstərdiyi halda, həmin inzibati vəzifələr üzrə ştatdankənar işçilərin sayı 8 olmuşdur. Ümumilikdə bütün ştatdankənar işçilərə 2019-cu ildə cəmi 59527,9 manat, o cümlədən 53 441,3 manat əməkhaqqı, 6 086,6 manat məzuniyyət haqqı, 2020-ci ildə cəmi 86 702,6 manat, o cümlədən 79763,4 manat əməkhaqqı, 6939,2 manat məzuniyyət haqqı olmaqla, ümumilikdə 146230,5 manat vəsait istifadə edilmişdir.

Son xəbərlər
Oxşar xəbərlər