21 C
Baku
Tuesday, May 6, 2025

Palata iki audit şirkətinə lisenziya verib

Azərbaycan Respublikası Audit Palatası tərəfindən iki audit şirkətinə yeni lisenziyalar verilib.

Banker.az xəbər verir ki, bunlar “ATAC” MMC və “AZAUDİT” MMC-dir.

“ATAC” MMC-nin direktoru Osmanov İlfan İlham oğludur və qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 39F, mənzil 181-dir. Şirkətə AT/339 nömrəli audit lisenziyası verilib və bu lisenziya 15 aprel 2025-ci ildən 15 aprel 2030-cu ilədək qüvvədə olacaq.

Lisenziya verilən digər təşkilat isə “AZAUDİT” MMC-nin direktor vəzifəsini İsrəfilov Afiq Tofiq oğlu icra edir və Bakı şəhəri, Babək prospekti 12A ünvanında, Babək Plaza-nın B-blokunun 6-cı mərtəbəsində yerləşir. “AZAUDİT” MMC-yə AT/038 nömrəli audit lisenziyası təqdim olunub. Lisenziya 17 mart 2003-cü ildən 13 may 2026-cı ilədək qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər