25 C
Baku
Wednesday, September 3, 2025

Palata iki audit şirkətinə lisenziya verib, birini ləğv edib

Azərbaycan Respublikası Auditorlar Palatası iki audit şirkətinə lisenziya təqdim edərkən, birinin lisenziyasına xitam verib.

Banker.az xəbər verir ki, 5 il müddətinə iki lisenziya əldə edən şirkət “Audit Center” MMC və “A-Plus Finance” MMC-dir.

Audit şirkətləri 2030-cu ilin avqustuna qədər bu lisenziyanı əldə ediblər.

Lisenziyadan məhrum olan isə “SET FİNANCE” MMC-dir. 2026-cı ildə lisenziyasının müddəti bitməli idi. Lakin tənzimləyici şirkətin lisenziyasına vaxtından əvvəl xitam verilib.

Son xəbərlər
Digər xəbərlər