Auditorlar Palatası tərəfindən iki auditor şirkətinin fəaliyyət lisenziyası ləğv edilib, eyni zamanda iki yeni şirkətə lisenziya verilib.
Banker.az Palataya istinadən xəbər verir ki, lisenziyası ləğv edilənlər arasında “ATAC” MMC və “4Finance Audit Consulting” MMC yer alıb.
Bununla yanaşı, Palata tərəfindən “EY Azerbaijan” MMC və “MH Tax Audit and Consulting Services” MMC şirkətlərinə 2025–2030-cu illəri əhatə edən müddət üçün auditor fəaliyyətinə lisenziya verilib.







