17 C
Baku
Friday, April 19, 2024

Palata İT şirkəti ilə 611 min manatlıq müqavilə imzaladı

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 02.08.2019-cu il tarixində keçirilmiş “İnformasiya Texnologiyaları üzrə avadanlıqların satın alınması” üzrə kotirovka sorğusunun nəticəsi açıqlanıb. 

Satınalmaya dair müsabiqədə “Ultra Technologies” MMC 610 min 714,66 manat məbləği ilə qalib elan olunub. 

Bildirək ki, Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Şirkət yarandığı andan Azərbaycan İKT bazarında seçilmək, daim yeniliklər tətbiq etməyi özünə missiya olaraq qoymuşdur. İntel və bir sıra iri İT korporasiyaların Azərbaycanda rəsmi tərəfdaşı olmaqla distribütiv satışı və avtorizə edilmiş İT məhsulların səlahiyyət verilən anbarına malik olub.

Hal-hazırda şirkət İntel, Microsoft, HP, Oracle, Cisco, İBM, Kingston, Tunçmatik, Rittal, AHA, MiSys, ST, Siveco və bir sıra məşhur İT korporasiyalarının rəsmi statuslu tərəfdaşıdır.

Son xəbərlər
Digər xəbərlər