6 C
Baku
Sunday, December 15, 2024

Palata “KPMG”də keyfiyyətə nəzarət yoxlaması keçirəcək – “Bank Standard”la bağlı

Auditorlar Palatası ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin müraciəti əsasında “KPMG” audit şirkətində keyfiyyətə nəzarət yoxlamasının keçirilməsi haqqında qərar qəbul edib.

Bu barədə Komitənin sədri Əkrəm Həsənov məlumat verib.

“Kreditorlar Komitəsinin yekdil qərarı ilə “KPMG” audit şirkəti ilə bağlı Auditorlar Palatasına, habelə İsveçrə (şirkətin qeydiyyat ölkəsi) və Niderland (şirkətin baş ofisin yerləşdiyi ölkə) səfirliklərinə məktub göndərmişdim. Ölkə tarixində müflis olmuş 2 ən iri bankın (“Bank Standard” və “Texnikbank” ASC-lər) kənar auditoru məhz “KPMG” olub. Nəticədə həmin banklara pulunu etibar etmiş şəxslər 1 mlrd. manatdan çox vəsaitini itirmək təhlükəsi ilə üzləşib. Buna görə də “KPMG”nin bu bankların müflisləşməsində təqsirinin olub-olmaması araşdırılmalıdır. Üstəlik “KPMG” maraqlar münaqişəsinə baxmayaraq, “Bank Standard”ın qalıq əmlakını da qiymətləndirib və buna görə əlavə haqq da alıb.
Müraciətlərimə cavab almışam. Niderland səfiri cavab məktubunda bildirib ki, müraciətimi “KPMG”nin Niderlanddakı baş ofisinə göndərib. Auditorlar Palatası isə öz cavabında bildirir ki, müraciətimiz əsasında KPMG-də plandankənar keyfiyyətə nəzarət yoxlamasının keçirilməsi haqda qərar qəbul edib və yoxlamanın nəticələri barədə bizə əlavə məlumat verəcək” – deyə o, qeyd edib.

20157807 10212515519139573 9098345035654494515 o

MənbəReport
Son xəbərlər
Digər xəbərlər