9 C
Baku
Thursday, December 12, 2024

Palata (MBNP) bu il 42 beynəlxalq təşkilatla əməkdaşlığı inkişaf etdirəcək

2019-cu il ərzində 42 beynəlxalq təşkilatla 62 istiqamət üzrə əməkdaşlığın inkişaf etdirilməsi və mövcud beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə effektivliyin artırılması nəzərdə tutulub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Banker.az-a bildirilib ki, bu barədə palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun sədrliyi ilə 2018-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlər və cari il üçün nəzərdə tutulan perspektiv məsələlərə dair geniş tərkibli iclasda danışılıb.

İclasda beynəlxalq təşkilatlar və inkişaf agentlikləri, müvafiq xarici qurumlar ilə əməkdaşlıq çərçivəsində ötən il ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlərlə bağlı ətraflı məlumat verilib. Həmçinin maliyyə sektorunda aparılan islahatların səmərəliliyinin artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübənin ölkədə tətbiq edilməsinin palatanın fəaliyyətində əsas prioritetlərdən olduğu qeyd olunub, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bildirilib ki, 2019-cu il ərzində 42 beynəlxalq təşkilatla 62 istiqamət üzrə əməkdaşlığın inkişaf etdirilməsi və mövcud beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə effektivliyin artırılması nəzərdə tutulur.

Ötən ildə MBNP 10-dan çox beynəlxalq təşkilat və inkişaf agentliyi, 10-dək müvafiq xarici qurum ilə səmərəli əməkdaşlıq qurub.

Son xəbərlər
Digər xəbərlər