Maliyyə Bazarlarına Nəzarət Palatası “Holcim Azərbaycan”ı cərimələyib – Valyutanı xaricdən qaytarmayıb

0

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın ən böyük sement istehsalçısı “Holcim (Azərbaycan)” ASC şirkətini inzibati qaydada cərimələyib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu əmələ görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qaradağ Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC re-brendinq olaraq “Holcim (Azərbaycan)” ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir.