Maliyyə Bazarlarına Nəzarət Palatası “Plato Menecment” investisiya şirkətinin qarşısında bir sıra şərtlər qoyub. Bu tələblər yerinə yetirildikdən sonra şirkət qiymətli kağızlar bazarında fəaliyyət göstərmək üçün lisenziyadan istifadə edə biləcək. Bu barədə Turan-a Palatadan məlumat verilib.
Tələblər şirkətin kapitalı, həmçinin şirkətin işçilərinin sertifikatlaşdırılması ilə bağlıdır.