7 C
Baku
Thursday, December 12, 2024

Palata (MBNP) yeni lisenziyalar verib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 11 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

Banker.az xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə əsasən Palatanın İdarə Heyətinin 25 fevral 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Əlizadə Şəmistan Mehrəli oğlu, Həsənov Murad Hafiz oğlu, Qarayeva Samirə Arif qızı, Məmmədov Murad Umudvar oğlu, İslamova Jalə Elman qızı, Əfəndiyev Ceyhun Rafiq oğlu, Qasımov Elçin Ədalət oğlu, Bayramov Röyal Tofiq oğlu, Muradov İlkin Əlösət oğlu, Zeynalov Elnur Balaş oğlu və Məmmədov Fəxri Loğman oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

Son xəbərlər
Digər xəbərlər