15 C
Baku
Friday, April 12, 2024

Palata: Ötən il auditorlar 57 mln. manatlıq müqavilə bağlayıb

2016-cı il ərzində 38 sərbəst auditorun, 67 auditor təşkilatının (o cümlədən 4 xarici auditor təşkilatının filialı və nümayəndəliyi və 18 xarici investisiyalı auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olub.

Auditorlar Palatasının 2016-cı il üzrə hesabatına istinadən, 37 sərbəst auditor və 67 auditor təşkilatı quruma öz fəaliyyətlərinə dair hesabatları təqdim edib. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilib ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 56 mln. 862 min 165,5 manat məbləğində 3540 müqavilə bağlanıb. Bağlanmış müqavilələrin xüsusi çəkisi xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri üzrə sayına görə 14% və məbləğinə görə 64,4%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 14,9% və məbləğinə görə 25,5%, yerli auditor təşkilatları üzrə sayına görə 43,2% və məbləğinə görə 6,9%, sərbəst auditorlar üzrə sayına görə 27,9% və məbləğinə görə 3,2% təşkil edib.

2015-ci il ilə müqayisədə ötən il bağlanmış müqavilələrin sayı 3094-dən 3540-a qədər, yəni 446 ədəd və ya 14,4% artıb, məbləği isə 49 mln. 106,089 min manatdan 56 mln. 862 min 165,5 manata qədər, yəni 7 mln. 756 min 76,5 manat və ya 15,8% artıb.

Son xəbərlər
Digər xəbərlər