17 C
Baku
Thursday, June 5, 2025

Palata sədri: “ARDNF-in idarəetmə gəlirləri proqnozdan 2,6 milyard manat çox olub

2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarəe dilməsi ilə bağlı daxilolmalar proqnozdan 2,6 milyard manat çox olub.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında – qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

“Ötən il makrogöstəricilər əsasən optimist ssenarisi üzərindən icra edib. Neftin qiymətinin hər 10 ABŞ dolları çox olması icmal büdcə gəlirlərinə 2,1 milyard manat, o cümlədən dövlət büdcəsi gəlirlərinə 0,4 milyard manat təsir edib. İlkin “Büdcə zərfi” ilə müqayisədə neftin qiymətinin 22 ABŞ dolları çox olması ilə dövlət büdcəsinin neft gəlirləri təxminən 0,8 milyard manat çox olmuş, icmal büdcənin neft gəlirləri isə 6,8 milyard manat çox olub. Lakin nəzərə alaq ki, neft hasilatı 0,4 milyon ton azalıb, təbii qaz hasilatı isə 1,4 milyard kub metr artıb”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər