13 C
Baku
Wednesday, November 20, 2024

Palata sədri: “Büdcə kəsirinin borclanma hesabına qarşılanması riskləri artırır”

Azərbaycanda dövlət büdcəsinin kəsirinin əsasən dövlət borclanması hesabına qarşılanması yüksək borc faizləri fonunda iqtisadiyyata sərf edilə biləcək maliyyə resurslarının borca xidmət xərclərinə yönəlməsi risklərini artırmaqdadır.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında – gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, növbəti ilin büdcəsi kəsirinin ÜDM-ə nisbəti cari illə müqayisədə az olmaqla proqnozlaşdırılıb, kəsirin maliyyələşdirilməsində cari ildə olduğu kimi daxili borclanmaya üstünlük verilməsi nəzərdə tutulub.

“Ümumilikdə, növbəti il üçün proqnozlaşdırılan borca xidmət xərclərinin tərkibində faiz xərclərinin 1 milyard 300,5 milyon manat təşkil etməsi, cari il üzrə ilkin proqnozdan 15,9%, yenidən baxılmış məbləğdən 3 dəfəyə yaxın çox olmaqla, növbəti il üzrə dövlət büdcəsinin kənd təsərrüfatına ayrılan xərclərindən çoxdur”, – deyə sədr əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər