16 C
Baku
Wednesday, May 1, 2024

Palata sədri: Dövlət borcuna xidmət xərclərində 790.1 mln. manat artım nəzərdə tutulub

Növbəti ildə dövlət borcuna xidmət xərclərində 790.1 mln. manat artım nəzərdə tutulub.

Bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, aparılan təhlillər bunun əsas hissəsinin borcun uçotu ilə bağlı yanaşmanın dəyişməsi ilə əlaqəli olduğunu göstərir. Belə ki, cari ildən fərqli olaraq zəmanətli kreditlərin ödənişləri layihədən çıxarılıb, xarici dövlət borcunun əsas borc ödənişləri isə xərcə daxil edilib (850 mln. manat). Bununla bərabər, daxili maliyyə bazarlarında yerləşdirilən dövlət istiqrazları üzrə faiz xərcləri əvvəlki ilə nisbətən 235 mln. manat artırılıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər