9 C
Baku
Sunday, November 17, 2024

Palata sədri: “Dövlət satınalmaları haqqında” qanunu gözlənilən rola malik olmadı

“Dövlət satınalmaları haqqında” qanunu gözlənilən rola malik olmadı.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, “Dövlət satınalmaları haqqında” qanun gözlənilən rola malik olmayıb.

Onun sözlərinə görə, “Dövlət satınalmaları haqqında” qanun və onun tətbiqi ilə bağlı mexanizmlər, son üç il qismən istisna olmaqla, dayanıqlı meyarların müəyyən edilməsi və ümumiyyətlə təşkilatların fəaliyyətinin nəticəliyinin artırılmasında gözlənilən əhəmiyyətli rola malik olmayıb.

Palata sədri bildirib ki, növbəti ilin əvvəlindən satınalmalarla bağlı yeni qanun qüvvəyə minəcəkdir. Hazırkı “Dövlət satınalmaları haqqında” qanun 22 il qüvvədə olub: “Bu illər ərzində 110-dan, o cümlədən 75-dən çox mahiyyəti üzrə dəyişikliklər edilib. Satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər əlavə etməkdir. Satınalma fəaliyyəti təşkilatın işini yerinə yetirilməsi üçün lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını dəstəkləyir. 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni qanunun tələbləri əsasında aparılacaq. Hesab edirik ki, yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyən etməli, planlaşdırma işlərinə vaxtında başlamalı və qanunun tələblərinə ciddi riayət etməlidirlər”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər