27 C
Baku
Saturday, July 27, 2024

Palata Təhsil Nazirliyində və Əmanətlərin Sığortalanması Fondunda audit aparır

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin fəaliyyətinə, eləcə də “Azerenerji” ASC-nin və “BakuBus” MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair tədbirləri yekunlaşdırıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Palatadan bildirilib.

Məlumatda deyilir ki, adı çəkilən qurumlarda aparılmış yoxlama tədbirlərinin nəticələri tezliklə Hesablama Palatasının Kollegiyasının müzakirəsinə çıxarılacaq.

“Hal-hazırda isə Təhsil Nazirliyində, Azərbaycan Əmanətlərin Sığoralanması Fondunda auditlər, dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borclar, 2015-2016-cı illərdə sosial müavinət, kompensasiya və təqaüdlərin təyinatı və ödənişi ilə bağlı analitik təhlillər və s. nəzarət tədbirləri davam etməkdədir”, – deyə məlumatda qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər