Hesablama Palatası UNEC-də keçirilən auditin nəticələrini açıqlayıb.
Bu barədə Hesablama Palatasının məlumatında bildirilib.
Qeyd edilib ki, dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti olaraq dayandırılmalı olduğu halda, dövlət sifarişi əsasında təhsil alan, lakin akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış tələbələr üzrə təhsil xərcinə görə cəmi 52 halda 32,3 min manat vəsait UNEC-in hesabında qalıb. Toplanmış audit sübutları auditlə əhatə edilən dövrdə hüquqi aktların tələblərinə uyğun xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilməmiş, nəticədə dövlət sifarişi ilə təhsil alan, auditlə əhatə edilən illərdə müxtəlif səbəblərdən UNEC-dən xaric edilmiş tələbələr üzrə təhsil xərcinə görə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə 75 halda 57,6 min manat, cəmi 146 halda 107,5 min manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməyib.
Bildirilib ki, kollegiya qərarında nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən UNEC ərazisində fəaliyyət göstərən 3 nömrəli tələbə poliklinikasının əməkdaşlarına ödənilən maddi yardımların növbəti aydan dayandırılması ilə bağlı alınmış qərar, dövlət sifarişi ilə təhsil almış xaric olmuş və akademik məzuniyyətə çıxmış təhsilalanlara görə ümumilikdə 139,8 min manat, təqaüd xərcinə görə dövlət büdcəsindən artıq ödənilmiş 1,8 min manat, satınalma müqavilələri üzrə yerinə yetirilməmiş öhdəliklər üzrə 6,8 min manat, təmir xərclərinin icrası prosesində yol verilmiş nöqsanlar üzrə 46, min manat məbləğində vəsaitin bərpa edilməsi, eləcə də təmir işləri üzrə 30,5 min manat dəyərində işlərin görülməsi, həmçinin təhsil haqları üzrə 7300,3 min manat debitor borcun audit dövründə 2675,2 min manatının bağlanması nəzərə alınıb.