Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış İşçi Qrupunun birgə fəaliyyəti nəticəsində “Azər-Türk Bank” ASC təmsil olunduğu 5 saylı Bakı “ASAN xidmət” mərkəzində və “Qəbələ ASAN” xidmət mərkəzində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə təqdim etmişdir. Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür.
Birgə aparılacaq islahatlar əsasında digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş şəbəkəsi genişləndiriləcəkdir.