15 C
Baku
Sunday, November 24, 2024

Palata xalis maliyyə aktivlərində 71 mln. manatlıq uyğunsuzluq müəyyən edib

2024-cü il üçün dövlət büdcəsinin layihəsinə rəyin tərtib edilməsi zamanı xalis maliyyə aktivləri ilə bağlı 71,0 mln. manat məbləğində uyğunsuzluq olduğu müəyyən edilib.

Bu barədə Hesablama Palatasından bildirilib.

“Funksional təsnifat üzrə xərclərin vahid büdcə təsnifatına uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluq məbləği 89,0 min manatdan (2023-cü ilin layihəsi üzrə analoji məbləğ 300,0 mln. manatdan çox), dövlət büdcəsinin gəlirləri üzrə ikili uçotun 80,0 min manatdan çox olduğu məlum olub” – Palata əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər