Palata yeni səlahiyyət alıb, amma razılaşma ilə bunu edəcək

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi Azərbaycan Prezidenti İlham Əliyev təsdiqləyib.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident dünən, 1 iyul tarixində fərman imzalayıb.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16.16.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri ilə əvəz edilsin.

Qeyd edək ki, həmin qanunda, Maddə 16-da – Mərkəzi depozitarın hüquqi statusu və idarə edilməsi ilə bağlı olan 16.16-cı bənddə qeyd Mərkəzi depozitarın müşahidə şurası vəzifələrinə dair səlahiyyətlərdə bu qeyd var.

Bənd tam olaraq belədir:

Əvvəl – 16.16.4. mərkəzi depozitarın xidmət haqlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi üçün təkliflər verir;

Hazırda – 16.16.4. mərkəzi depozitarın xidmət haqlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla orqanı tərəfindən müəyyən edilməsi üçün təkliflər verir;

Xatırladaq ki, hazırkı statusa görə maliyyə bazarlarına nəzarət orqanı Maliyyə Bazarlarına Nəzarət Palatası sayılır.

Son xəbərlər
Digər xəbərlər