12 C
Baku
Thursday, March 28, 2024

Palatadan “AXA MBASK” barədə qərar – Nöqsanlara yol verib

“AXA MBASK” “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası”na icazəni itirdi 


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının qüvvəsi məhdudlaşdırılmışdır.

“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (Cəmiyyət) tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətə verilmiş icrası məcburi göstəriş – Təqdimata vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 05 mart 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.

Mənbəmarja.az
Son xəbərlər
Digər xəbərlər