Azərbaycan Respublikası Mərkəzi Bankına yeni təyinat olub.
Banker.az saytının əldə etdiyi məlumata görə, Ataxan Həsənov AMB-də Maliyyə Sabitliyinin Təhlili və Modelləşdirmə şöbəsinin müdiri təyin edilib.
- Oxşar yazı: Mərkəzi Bankda 7 yeni təyinat olub
O buna qədər, Maliyyə Bazarlarına Nəzarət Palatasında Prudensial hesabat şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl, yəni 2016-cı ilə qədər isə “Dəmir Bank” ASC-də çalışıb.
Bildiyimiz kimi Palata Azərbaycan Prezidentinin sərəncamı ilə ləğv edilib və onun mandatı AMB-yə verilmişdir.