10 C
Baku
Thursday, December 12, 2024

Palatadan sığorta şirkətlərində yoxlamalarla bağlı açıqlama verdi

Maliyyə Bazarlarına Nəzarət Palatası(MBNP) sığorta şirkətlərində aparılan yoxlamaların nəticəsini açıqlayıb. Palatadan mənbənin sorğusuna əsasən bildirilib ki, aparılan yoxlamalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 97-ci maddəsinə və Palatanın Direktorlar Şurası tərəfindən 2017-2019-cu illəri əhatə edən “Sığorta sektorunun tənzimlənməsi və nəzarəti üzrə Tədbirlər Planı”-na əsasən həyata keçirilir. Yoxlama əsasən Sığorta bazarının peşəkar iştirakçılarının sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi ilə bağlı vəziyyətin yerində araşdırılması məqsədi ilə aparılır.

Məlumatda deyilir ki, hazırda “Azərsığorta” DKSŞ-da aparılan yoxlama bitib və nəticələri müzakirə olunmaqdadır. Yoxlamanın nəticəsinə dair “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi müddət ərzində sığortaçıya icrası məcburi göstəriş-təqdimat veriləcəkdir.

Palatadan Fins.az maliyyə portalına bildirilib ki, yoxlamalar qeyd olunan tədbirlər planına əsasən həyata keçirilir və tematik xarakter daşıyır. 2017-ci ilin 4 cü rübü ərzində Palata “AXA Mbask” ASC-də yoxlama aparıb və “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə riayət edilməsinə dair icrası məcburi göstəriş-təqdimat verilib.

Hazırda isə Palata tərəfindən “Profam” MMC-də sığorta qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üçün növbədənkənar səyyar yoxlama həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər