21 C
Baku
Thursday, April 25, 2024

Palatanın “Grand Motors”a qarşı cəriməsi ləğv edilib

Binəqədi Rayon Məhkəməsi “Grand Motors” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb. Məhkəmənin 10 sentyabr 2019-cu il tarixli qərarından “Grand Motors” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılılıb və qərarın icrasına xitam verilmişdir.

Banker.az xəbər verir ki, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola cərimə edilib. Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər