15 C
Baku
Friday, March 29, 2024

Palatanın hazırladığı 2 sənəd müzakirə edilib

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin “Komplayns” Ekspert Qrupunun növbəti görüşü keçirilib.

Banker.az ABA-ya istinadən xəbər verir ki, görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı “Məsul şəxsə dair tələblər” və “PY/TMM sahəsinə aid proqram təminatına dair tələblər” adlı sənədlər müzakirə edilib.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə banklar yaradıb. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər
Digər xəbərlər